image-2000x150px
image-123
image-ads_atlas
image-esabackend

Naftalanda Memorial Abidə bulaq kompleksinin açılışı oldu – Fotolar

image-728x90px

Torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Şəhidlərimizin xatirələrini əbədiləşdirmək məqsədilə Naftalan şəhərində bulaq-kompleksinin açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, Abidə Bulaq Kompleksinin açılışında ŞİH başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri, idarə müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirdə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələrinə ucaldılmış Xatirə Kompleksi ziyarət olunub, gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra bulağın üzərindəki ağ örtük ŞİH başçısı və Şəhid ailələri ilə birgə qaldırılıb. Abidənin üzərində qızılı hərflərlə tarixə düşən, torpaqlarımızın azadlığı üğrunda canından keçən Şəhidlərimizin adları həkk olunub.

Çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycan xalqı bu gün də şanlı Ordumuzun cəmi 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbəni böyük qürur hissi ilə söyləyir və həmin qələbə ilə fəxr edir. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdarıq.

Bulaq Kompleksinin önündə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya dinlənilib.

Qeyd edək ki, Abidə Bulaq Kompleksi Naftalan ŞİH-nin təşəbbüsü, Naftalan Müalicə və Sağlamlıq Mərkəzinin dəstəyi ilə inşa edilib.

DOĞRU.AZ






image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki