image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20211012-230528_gallerybackend

Naftalanda şəhid Bəhruz Quliyevin ildönümü ehtiramla anılıb – FOTOLAR

image-728x90px

Naftalan şəhərində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Bəhruz Quliyevin ildönümü qeyd edilib, xatirəsi ehtiramla yad edilib.

Doğru.az xəbər verir ki,  Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Milli Məclisin deputatı Anar Məmmədov şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Anım mərasimində şəhid Bəhruz Quliyevin qısa, lakin şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılıb.

Qeyd edək ki, Quliyev Bəhruz Firuz oğlu 1990-cı il mayın 9-da Naftalan şəhərində anadan olub. Müddətdən artıq hərbi xidmətdə olan Quliyev Bəhruz ötən il sentyabrın 27-də işğal altında olan torpaqlarımızın azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ailəlidir, iki qız övladı var. O, ölümündən sonra “Vətən uğrunda”, və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki