image-2000x150px
image-123
image-ads_atlas
image-a3b0eb09-0420-3428-96e0-9ce0c03e0721_850backend

NATO: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik”

image-728x90px

NATO Cənubi Qafqazın sabitliyi və rifahının açarı olan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını dəstəkləyir.

Bu barədə NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviter hesabında yazıb.

O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşünü, iki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin yenidən birbaşa danışıqlara qoşulmasını alqışlayıb.

“NATO Cənubi Qafqazın sabitliyi və rifahının açarı olan Ermənistan və Azərbaycanarasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir və ABŞ-ın bu istiqamətdə səylərini alqışlayır”, – Xavyer Kolomina tviter hesabında qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki