image-2000x150px
image-123
image-ads_atlas
image-2023-04-20t112734z_765559811_rc29i0a4zibn_rtrmadp_3_ukraine-crisis-nato-pic_32ratio_900x600-900x600-62962backend

NATO Gürcüstanın Rusiyaya qarşı sanksiyalara əməl edəcəyini gözləyir

image-728x90px

Şimali Atlantika Alyansı NATO üzvü olmayan ölkələrin Rusiyanın hərbi sektoru maliyyələşdirməsini çətinləşdirən sanksiyalara əməl etmələrini gözləyir.

“Ukrinform” yazır ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

İllik Brüssel Forumu çərçivəsində müzakirələr zamanı Stoltenberq Rusiya ilə qarşıdurmada Gürcüstanın rolundan danışıb.

NATO-nun baş katibi qeyd edib ki, alyans uzun illərdir ki, Gürcüstanı, o cümlədən islahatların həyata keçirilməsində dəstəkləyir.

“Gürcüstanın hamımızın inandığı demokratik dəyərləri rəhbər tutması vacibdir. Biz NATO üzvü olmayan ölkələrin Rusiya Federasiyasına qarşı sanksiyalara əməl edəcəyini gözləyirik”, – Stoltenberq vurğulayıb.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki