NATO-nun baş katibi Yens Stoltenberq ötən ilin sentyabrında “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin zədələnməsində Ukraynanın mümkün iştirakı ilə bağlı şərh vermək istəməyib.
Stoltenberqin Almaniyanın Yagel (Şlezviq-Holşteyn) kəndi yaxınlığındakı təlimlərin baş qərargahına səfəri zamanı çıxışı qurumun mətbuat xidməti tərəfindən yayımlanıb.
NATO rəhbəri jurnalistlərin “Şimal axını” ilə bağlı sualını cavablandırarkən, araşdırmaların davam etdiyini vurğulayıb.
“Ona görə də mən heç bir nəticə çıxarmayacağam”, – Stoltenberq bildirib.
Mart ayında Aİ müdafiə nazirlərinin Stokholmda keçirilən görüşündə Stoltenberq bildirib ki, Alyans “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində kimin təxribat törədə biləcəyini bilmir.
“Biz “Şimal axını” boru kəmərlərinə hücumun, təxribat aktının olduğunu bilirik, lakin bunun arxasında kimin dayandığını müəyyən edə bilmədik”, – deyə baş katib bildirib.
Mənbə: