NATO ölkələri iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdə Ukraynaya dəstək üçün multidissiplinar strukturun yaradılmasına dair genişmiqyaslı sazişi elan etməyi planlaşdırır.
Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Böyük Britaniya, Fransa, Almaniya, ABŞ və digər müttəfiqlər sammitdə geniş razılaşmanı elan etməyə hazırlaşır.
FT-yə görə, saziş Ukraynanın müttəfiqlərinin ölkəyə hərbi və maliyyə dəstəyi ilə bağlı ikitərəfli öhdəliklər götürə biləcəyi “çoxtərəfli struktur” yaradacaq. Mənbələr bildiriblər ki, bu razılaşmanın elanı sammitdən sonraya qədər təxirə salına bilər.
İyulun 9-da NATO səfirləri arasında aparılan danışıqlarda bloka daxil olan ölkələrin liderlərinin bəyanatının mətni üzrə heç bir kompromis əldə olunmayıb. FT mənbələri bildirirlər ki, bu, birbaşa sammitdə razılaşdırıla bilər.
Nəşrin məlumatına görə, sammitdə həmçinin ukraynalı pilotların Amerika F-16 qırıcılarını idarə etmələri üçün təlimlərə başlanılacağı elan ediləcək.
Mənbə: Haber Global