image-2000x150px
image-123
image-ads_atlas
image-mudafie_nazirlik_2837576backend

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

image-728x90px

Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 1-də saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki