Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında velosiped yarışı keçiriləcək.
Doğru.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yarış noyabrın 18-də saat 11:00-da başlayacaq.
Marşrut Heydər Əliyev Muzeyinin qarşısından start götürərək Uzunoba gölünün ətrafında təyin olunmuş finiş nöqtəsinədək davam edəcək. Ümumi məsafə 10 kilometr təşkil edir.
Yarışda 14 yaşdan yuxarı qadın və kişilər iştirak edə bilərlər. Qeydiyyat prosesi artıq başlayıb. Ətraflı məlumat və qeydiyyat üçün 036 544 50 79 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Tədbirin məqsədi əhali arasında sağlam həyat tərzinin təbliği, fiziki fəallığın artırılması, zərərli vərdişlərdən uzaq qalmağın vacibliyinə diqqət çəkmək və ekoloji təmiz nəqliyyat vasitəsi kimi velosipedə marağı artırmaqdır.
DOĞRU.AZ




























