image-n1karobka_ads
image-123
image-17628002105152218545_1200x630backend

Neftçalada bazarda yanğın olub

image-ad_qayo_720x110px

Neftçala şəhər ərazisində yerləşən bazarda yanğın hadisəsi baş verib.

Doğru.az xəbər verir ki, saat 20 radələrində bazar ərazisində ümumi sahəsi 300 kvadratmetr olan üç mağazada yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikaları cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində operativ tədbirlər görülüb və alov söndürülüb. Nəticədə 100 kvadratmetr sahə yanıb, 200 kvadratmetr sahə isə yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki