İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzza zolağında münaqişəyə son qoymaq planını HƏMAS rədd edərsə, İsrailin onu məhv edəcəyini bildirib.
Doğru.az xəbər verir ki, Netanyahu Ağ Evdə Trampla birgə mətbuat konfransında deyib:
“Həmas imtina edərsə və ya razılaşdığını iddia edərsə və sonra imtina etmək üçün əlindən gələni edərsə, İsrail hər şeyi öz başına edəcək”.
Netanyahu ABŞ liderinin Qəzza planını qəbul etdiyini də vurğulayıb. Sentyabrın 29-da Ağ Ev planı açıqlamışdı. Sənəd qoşunların çıxarılmasını, girovların azad edilməsini və Qəzzada Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin yaradılmasını nəzərdə tutur. ABŞ-ın təkliflərinə Fələstin anklavının İsrail tərəfindən ilhaqı və ya işğalı daxil deyil.
DOĞRU.AZ