İsrailin baş naziri Binyamin Netanyahu cəbhə bölgəsinə səfəri və elit Qolani piyada briqadası ilə görüşü zamanı ölkənin düşmənlərinə güclü zərbə endirəcəyini bildirib.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
“Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bütün İsrail sizinlədir və biz qələbə qazanmaq üçün düşmənlərimizə güclü zərbələr endirəcəyik”, – deyə Netanyahu bildirib.
Bundan əvvəl Netanyahu X sosial şəbəkəsindəki səhifəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri ilə çəkilmiş videonu yerləşdirib və orada Qəzza zolağına hücum etməyə hazır olduğunu bildirib. Baş nazir həmçinin İsrailə sarsıdıcı zərbə vuracağına və Fələstin-İsrail münaqişəsində qalib gələcəyinə əmin olduğunu bildirib.
Mənbə: A Haber