İsrailin baş naziri Benyamin Netanyahu Dohada Həmas liderlərinə endirilən hava zərbələrindən sonra ilk dəfə Qətərin adını açıq şəkildə səsləndirib.
Doğru.az xəbər verir ki, Netanyahu əmirliyi “terrorçulara sığınacaq verməkdə” günahlandırıb.
“Mən Qətərə və terrorçulara sığınacaq verən bütün ölkələrə deyirəm: ya onları qovacaqsan, ya da məhkəmə qarşısına çıxaracaqsan. Çünki bunu etməsən, biz edəcəyik”, – deyə Netanyahu vurğulayıb.
Bundan əvvəl Qətər əmiri Təmim bin Həməd Əl Tani beynəlxalq ictimaiyyəti İsrailin Dohaya zərbələrinə görə hüquqi məsuliyyəti öz üzərinə götürməyə çağırıb. O həmçinin İsrail hücumlarından sonra cavab zərbəsi endirmək hüququnu da özündə saxladıqlarını bildirib.
BMT-nin baş katibi Antonio Quterreş isə İsrailin hücumunu pisləyib.
DOĞRU.AZ