İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağından atılan raketlər fonunda Təl-Əvivə gedib.
TASS xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.
Ofisin məlumatına görə, Netanyahu hadisənin təfərrüatlarından xəbərdardır və yaxın saatlarda təhlükəsizlik sisteminin rəhbərliyi ilə operativ görüş keçirəcək. İsrail Müdafiə Nazirliyinin və təhlükəsizlik qüvvələrinin qərargahı Təl-Əvivdə yerləşir.
Oktyabrın 7-də səhər tezdən İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın, eləcə də Təl-Əviv ərazisində hava hücumu xəbərdarlığı səslənməyə başlayıb.
Mənbə: TASS