Coca-cola Fondunun dəstəyi, Gənclər və Idman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “New Generation” 2.0″ layihəsinin bağlanış mərasimi keçirildi.
2021-ci ilin bağlanış mərasimində 20 komanda finala vəsiqə qazanıb. Bu komandalar arasında beş komanda pul mükafatına layiq görülüb.
Birinci yerə “Yoochamp” komandası (10000 azn), ikinci yerə “GreenBomb” komandası (7000 azn), üçüncü yerə isə “Buta” komandası (5000 azn) mükafatlandırılıblar. Qalan iki komandaya – dördüncü yer “Bonpini” (2000 azn) və beşinci yer “Hamsa-recyling” (1500 azn) komandalarınada pul mükafatı təqdim olunub.
Bağlanış mərasimində Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyinin müavini Indira Hacıyeva, Kiçik və Orta Biznesin Inkişafı Agentliyi Idarə Heyətinin sədri Orxan Məmmədov, Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə Ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Seyidzadə, Vüqar Bayramov və bir çox rəsmilər iştirak ediblər.
Sonda bağlanış mərasimi ilə birgə həmçinin 10 illiyini də qeyd edən “New Generation” 2.0″ layihəsinin hesabat video çarxları iştirakçılara təqdim olundu və layihə rəhbərlərinin iştirakı ilə tort kəsildi.
Biz də Doğru.az olaraq “New Generation” 2.0″ (Yeni Nəsil 2.0) kollektivin ürəkdən təbrik edirik. Onlara gələcək işlərində daha böyük uğurlar diləyirik.

























