Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının braziliyalı futbolçusu Neymar əfsanəvi həmyerlisi Romarionun 58-ci doğum günü münasibətilə təşkil olunan gecəyə qatılıb.
Hücumçu görünüşü ilə hərkəsi şoka salıb. Sosial şəbəkələrdə yayımlanan gecə klubundan çəkilmiş fotoda Neymar kifayət qədər dolğun görünür.
2023-cü il oktyabrın 18-də Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvaya qarşı oyununda (0:2) Neymar ciddi zədə alıb. O, göz yaşları içində sedyedə aparılıb. Forvardın sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub. 31 yaşlı braziliyalı hücumçu o vaxtdan sonra meydana çıxmayıb və bərpa prosesini davam etdirir.
Mənbə: NTV Spor