image-2000x150px
image-123
image-ads_atlas
image-235421_gpok14preqbackend

“O sevgini dəfn etdik” – Faiq Ağayev

image-728x90px

“Kiminsə varlığı mənə darlıq etsə idi, mən indi o insan barədə fikirləşərdim. Amma mənə sual ünvanlananda ki, kimləsə danışmıram? Birdən ağlıma salmağa çalışıram ki, axı mən kiminlə danışmıram? Onlar mənim həyatımda bir basqı, gündəlik xoşagəlməz təsir deyillər. Danışmamağa qalsa, bəzən qonşularımızla, Allah uzaq etsin valideynlərimizlə də danışmırıq. İnsan başqası üçün heç vaxt Nikolay 10-luğu olmayacaq ki, öpüb, cibinə qoyasan ki, hərarətini alsın. Axı düşmənçilikdə də mərd olmaq lazımdır. Qəlbən qırılanda bağışlayıram, amma içimdə barışmıram. Kin-nifrətlə yaşaya bilmərəm, ölərəm. Küsülü olduğum həmkarlarımla da aramda sevgi olub, sadəcə təntənəli şəkildə dəfn elədik o sevgini. Toxunmuruq, qəbrə toxunmaq olmaz”.

Axşam.az xəbər verir ki, bu szöləri Xalq artisti Faiq Ağayev “Üzə-düz” proqramında deyib. Müğənni küsülü olduğu həmkarlarından danışıb. Şou-biznesin vəzyyətindən söz açan Ağayev bunları əlavə edib:

“Şou-biznes deyəndə Faiq Ağayev, Aygün Kazımova… Burda bitdi siyahı… Niyə? Çünki 1988-ci ildə səhnəyə gəldik. 1995-ci ildə artıq Aygünü də, Faiqi də bütün Azərbaycan sevirdi. 3 və 4-cüsü yox idi. Bizlə bir yerdə gələnlər var idi ki, daha sonralar parladılar. Düzdür, gözəl, güclü parladılar, amma qurucusu bu iki nəfər idi.

Üç dəfə həyatımda komaya düşmüşəm, ölmüşəm… Həyatı çox sevirəm, bu bir, ikincisi ölməkdən qorxmuram artıq. İllər əvvəl başıma gələn hadisə artıq üçüncü koma idi. Ondan qabaq iki komam olub mənim. Bir dəfə boğulmuşam dənizdə, bir dəfə də burnumu əməliyyat edəndə. Həkim məni öldürdü, reanimatoloq olmasa idi məni bu dünyaya qaytarmaq olmazdı. Heç yadıma da salmaq istəmirəm, bir az məni yükləyir bu söhbətlər”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki