image-2000x150px
image-123
image-ads_atlas
image-inshot_20240624_094431143backend

Ölüm riskini azaldan pəhriz – HƏKİM MƏSLƏHƏTİ

image-728x90px

Aralıq dənizi pəhrizinin ürək xəstəlikləri və digər səbəblərdən ölümün qarşısını almaqda effektiv olduğu elmi şəkildə sübut edilib.

Bu barədə Rusiyanın Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Yoluxucu Xəstəliklər Klinikasının kardioloq, terapevt, funksional diaqnostika üzrə mütəxəssisi, tibb elmləri doktoru Lyudmila Salamatina məlumat verib.

“Aralıq dənizi pəhrizinin konsepsiyası ABŞ-li diyetoloqlar Anselmi və Marqaret Keys tərəfindən irəli sürülüb. 1950-ci illərdə onlar italyanların, ispanların və yunanların yemək vərdişlərini öyrəniblər. Bu xalqlarda ürək xəstəlikləri və ölüm hallarının ən aşağı səviyyədə yayıldığı məlum olub”, – deyə həkim bildirib.

Aralıq dənizi pəhrizinə yüksək miqdarda meyvə, tərəvəz, paxlalılar, bütöv taxıl, balıq və zeytun yağı, orta dərəcədə spirt istehlakı, qırmızı ət, süd məhsulları və doymuş yağ turşularının az qəbulu daxildir.

Əlavə tədqiqatlar göstərdi ki, beş il ərzində qoz-fındıq ilə zənginləşdirilmiş Aralıq dənizi pəhrizinə riayət etmək ateroskleroz riskini 28%, sızma zeytun yağı ilə zənginləşdirilmiş qidalar isə 31% azaldır. Bundan əlavə, məlumdur ki, Aralıq dənizi pəhrizinə riayət etmək təkcə ürək-damar xəstəlikləri və ölüm riskinin 10% azalması ilə deyil, həm də bütün səbəblərdən ölüm hallarının 8% azalması ilə əlaqələndirilir”, – deyə Salamatina bildirib.

Mənbə Oxu.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki