image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-4backend

Ombudsman: “Azərbaycanlılara qarşı törədilən soyqırımı bütün dünyaya çatdırmalıyıq”

image-728x90px

“Azərbaycanlılara qarşı törədilən soyqırımı beynəlxalq ictimaiyyətə çatdırmalıyıq və Azərbaycan həqiqətlərini bütün dünya bilməlidir”.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva martın 31-də Qubada jurnalistlərə açıqlamasında deyib.

Ombudsman bildirib ki, ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdana qədər bu məsələyə heç bir siyasi qiymət verilməyib:

“Yalnız ulu öndərin 1998-ci ildə imzaladığı müvafiq sərəncamla 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və birbaşa Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Dövlət başçısı İlham Əliyevin bizə tapşırığı odur ki, bu məsələləri həmişə diqqətdə saxlayaq, bütün beynəlxalq platformalarda dünya ictimaiyyətinin diqqətinə çatdıraq ki, Azərbaycan həqiqətləri budur”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki