image-2000x150px
image-123
image-ads_atlas
image-koujdxg389ogx6tgpbackend

Ombudsman Ermənistanın törətdiyi təxribatlarla bağlı bəyanat yayıb

image-728x90px

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribatlarla bağlı bəyanat yayıb.

Doğru.az xəbər  verir ki, bəyanatda deyilir:

“Azərbaycan Respublikasının dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətindəki yüksəklikləri ələ keçirmək məqsədilə Ermənistan hərbi birləşmələri 16 noyabr 2021-ci il tarixdə qəfil hərbi əməliyyata başlayıb. Azərbaycanın döyüş postlarının müxtəlif çaplı atıcı silahlardan və qumbaraatanlardan intensiv atəşə tutulması nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

Beynəlxalq hüquq normalarının, eyni zamanda Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərinin Ermənistan tərəfindən növbəti dəfə qəsdən pozulması, yeni münaqişə ocaqlarının yaranmasına, günahsız insanların qətlə yetirilməsinə və yaralanmasına səbəb olmaqdadır.

Bu kimi təxribatçı hərəkətləri regionda dayanıqlı sülhün bərqərar olmasına, öz doğma ata-baba yurdlarından zorla qovulmuş çoxsaylı məcburi köçkünlərin geri qayıtmalarına ciddi təhdid hesab edir və qarşı tərəfi fundamental insan hüquqlarına hörmətlə yanaşaraq təcavüzkar əməllərindən əl çəkməyə çağırırıq”.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki