image-2000x150px
image-shot-of-an-unrecognisable-senior-man-cooking-a-healthy-meal-at-homebackend

Ömrü uzadan pəhrizlər açıqlanıb – FOTO

image-728x90px

Bəzi pəhrizlər var ki, onların hər hansı birinə riayət etmək ürək-damar, xərçəng və ya tənəffüs xəstəliklərindən ölüm riskini azaldır.

Bu barədə Harvard Universitetinin tədqiqatçıları apardıqları araşdırma nəticəsində qərara gəliblər. Araşdırmanın nəticələri “JAMA Internal Medicine” jurnalında dərc olunub.

Tədqiqatçılar 36 il ərzində 75 000 qadın və 44 000 kişidən toplanmış sağlamlıq məlumatlarından istifadə ediblər.

Sözügedən sağlam qidalanma rejimləri – 2015-ci ilin Sağlam Qidalanma İndeksi (Amerikalılar üçün Pəhriz Təlimatları), Alternativ Aralıq dənizi Pəhrizi, Bitki Əsaslı Sağlam Pəhriz İndeksi və Alternativ Sağlam Pəhriz İndeksi idi.

Bütün sadalanan qidalanmalarda tam taxıllar, meyvələr, tərəvəzlər, qoz-fındıq və paxlalılar nəzərdə tutulur, ancaq fərqli komponentlər də var  – məsələn, bəzilərində qırmızı ət pəhrizə daxil deyil.

Məlum olub ki, bu dörd sağlam qidalanma rejimindən hər hansı birini seçən iştirakçıların tədqiqat dövründə ürək-damar xəstəlikləri, xərçəng və ya tənəffüs xəstəliklərindən ölmək ehtimalı başqaları ilə müqayisədə daha az olub.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ