image-n1karobka_ads
image-123
image-686eaa5802e8bd77fa2f6d12backend

Orban: Aİ üçün həqiqət anı 10 iyulda gələcək

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqı üçün “həqiqət anı”nın yaxınlaşdığını bildirib.

Doğru.az xəbər verir ki, Orban bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək 10 iyul tarixində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə etimadsızlıq səsverməsinin keçiriləcəyini xatırladıb.

“Bir tərəfdə Brüssel imperiya elitası, digər tərəfdə isə vətənpərvərlər və sağlam düşüncə. Heç bir hiylə, seçim edilməlidir”, – deyə Orban vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Orban fon der Leyenin istefa verməsinin vaxtının çatdığını simvolik şəkildə bir rəsm əsəri ilə ifadə etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki