image-n1karobka_ads
image-123
image-68dc2e23ae5ac924bd31c5e4backend

Orban: Hər hansı pilotsuz təyyarə hava məkanımıza daxil olsa, vurulacaq

image-ad_qayo_720x110px

Macarıstanın baş naziri Viktor Orban ölkənin hava məkanına daxil olan hər hansı pilotsuz təyyarəni vurmağa hazır olduqlarını bildirib.

Doğru.az xəbər verir ki, o, yerli mediaya verdiyi müsahibədə “Biz bundan heç qorxmuruq. Onları da vuracağıq, əlbəttə” sözlərini işlədib.

Mənbələrə görə, Orban bu açıqlamaları Rusiyadan gələn və ya digər istiqamətlərdən hava məkanını pozan pilotsuz aparatlardan bəhs edərkən verib və vurğulayıb ki, Macarıstan öz sərhəd və hava məkanının müdafiəsini təmin edəcək.

Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bəzi kəşfiyyat dronlarının Macarıstandan Ukrayna hava məkanına daxil olduğunu iddia etmişdi. Macarıstan Xarici İşlər və Müdafiə Nazirlikləri bu iddiaları rədd edib və həmin təyyarələrin Macarıstana məxsus olduğu barədə göstərilən ittihamları təkzib ediblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki