Şimali Atlantika Alyansının Ukraynanı qəbul etmək qərarı barut çəlləyini yandırmaq kimi olardı, bu, Rusiya ilə müharibə və ertəsi gün üçüncü dünya müharibəsi demək olardı.
Bu fikri Macarıstanın baş naziri Viktor Orban X sosial şəbəkəsindəki səhifəsində bildirib.
O, əlavə edib ki, Aİ-nin Ukraynanı qəbul etməyə ehtiyatsız tələsməsi də cəbhə xəttini Avropanın ürəyinə aparacaq.
“Bu diplomatiya deyil, bu dəlilikdir – kibritləri barut çəlləyinə atmırsınız” deyə Macarıstanın baş naziri yekunlaşdırıb .
Daha əvvəl bildirilmişdi ki, Avropa Şurası yekun sənəddə Ukrayna ilə bağlı konsensusa gələ bilməyib.
DOĞRU.AZ