image-n1karobka_ads
image-123
image-6765383bae5ac94955323028backend

Orban Zelenskinin təhqirlərindən sonra strateji sakitliyi qorumağa çağırıb

image-ad_qayo_720x110px

Macarıstanın baş naziri Viktor Orban strateji sakitliyi qorumağa və təxribatlara boyun əyməməyə çağırıb. O, Kossuth radiosunda Vladimir Zelenskinin təhqirlərinə belə cavab verib.

“Müharibə zamanı heç bir təxribata tab gətirə bilməzsiniz, ən əsası strateji sakitlikdir”, – RİA Novosti Orbandan sitat gətirir.

Aydın olur ki, o, bu şəkildə Zelenskinin növbəti dəfə Macarıstanın baş nazirini aşağılamağa çalışmasına reaksiya verib. O, Orbanın Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda vasitəçi olmasına icazə verməyəcəyini bildirib.

Zelenskinin ardınca onun müşaviri Dmitri Litvin Macarıstanın baş nazirini “Putinin zəhlətökən elçisi ” adlandırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki