“Vaşinqton Kapitals”ın hücumçusu Aleksandr Oveçkin Milli Xokkey Liqasında (NHL) karyerasında 914-cü qolunu vuraraq bütün dövrlərin qol rekordunu yeniləyib.
Doğru.az xəbər verir ki, rusiyalı xokkeyçi “Anaheim Ducks”la keçirilən oyunda iki dəfə fərqlənib.
Qeyd edək ki, daha əvvəl “Tula Arsenal” klubunun baş məşqçisi Dmitri Qunko Oveçkini 2025-ci ilin ən yaxşı rus idmançısı adlandırmışdı.
Fiqurlu konkisürmə üzrə Olimpiya çempionu İrina Rodnina isə bu rekordu 2025-ci ilin əsas idman hadisəsi kimi dəyərləndirib.
DOĞRU.AZ




























