image-n1karobka_ads
image-123
image-17591407474234654682_1200x630backend

Özbəkistan nümayəndə heyəti Zəfər parkını ziyarət edib – FOTO

image-ad_qayo_720x110px

Sentyabrın 29-da II Azərbaycan–Özbəkistan Media Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın sədri İsmət Səttarov ilə birlikdə Zəfər parkına baş çəkib.

Doğru.az xəbər verir ki, qonaqlar Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Onlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.

Nümayəndə heyətinə parkın yaradılma məqsədi, tarixi Qələbənin əbədiləşdirilməsi və burada inşa olunan Zəfər muzeyi barədə ətraflı məlumat verilib.

DOĞRU.AZ

image-17591407476213335785_1200x630 image-17591407474918126513_1200x630 image-17591407472757117700_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki