Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, Hindistanın hərbi işğalı qaçılmazdır.
“Biz qüvvələrimizi gücləndirdik, çünki bu (Hindistan işğalı – RT ) indi qaçılmazdır”, – TASS onun sözlərindən sitat gətirir.
Asif qeyd edib ki, bu vəziyyətdə strateji qərarlar qəbul edilməlidir.
Bundan əvvəl Hindistan ordusu Cammu və Kəşmirdə Nəzarət Xəttində Pakistan tərəfindən atəşkəs rejiminin pozulmasını yenidən qeydə alıb.
DOĞRU.AZ