image-2000x150px
image-123
image-ads_atlas
image-papa__2_backend

Papa Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmanı alqışladı

image-728x90px

Roma Papası Ermənistan və Azərbaycan əsgərlərinin qarşılıqlı şəkildə azad edilməsindən məmnun olduğunu bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransisk ənənəvi bazar günü çıxışı zamanı deyib.

O, Ermənistan və Azərbaycan arasında tezliklə sülh müqaviləsinin bağlanacağına ümid etdiyini vurğulayıb.

“Mən tərəfləri və onların liderlərini mümkün qədər tez sülh müqaviləsi bağlamağa çağırıram”, – deyə Papa qeyd edib.

Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezident Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıblar. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki