image-n1karobka_ads
image-123
image-68246b9202e8bd0bfd3a6224backend

Papa Leo hərbi münaqişələrin həllində vasitəçi olmağa hazırdır

image-ad_qayo_720x110px

Papa XIV Leo dünyada silahlı münaqişələrin həllində vasitəçi olmağa hazır olduğunu bildirib.

RİA Novosti onun yubiley ili münasibətilə Şərq kilsələrinin nümayəndələri ilə auditoriyada çıxışı zamanı deyib: “ Mən bu sülhün yayılmasını təmin etmək üçün hər cür səy göstərəcəyəm”.

Pontifik vurğulayıb ki, Müqəddəs Taxt-Tac qarşı tərəflər arasında görüşlərə açıqdır, çünki insanlar sülhə layiqdirlər.

“Xalq sülh istəyir və mən bütün qəlbimlə liderlərə deyirəm: gəlin görüşək, danışaq, danışıqlar aparaq”, – o, sözlərini yekunlaşdırır Papa

Papa XIV Leo daha əvvəl Ukraynada sülhə çağırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki