Papa XIV Leo papa hakimiyyətinin simvollarını qəbul etdi.
Bu barədə NBC News kanalı məlumat yayıb.
Söhbət “balıqçı üzüyü” və palliumdan – xaçlarla bəzədilmiş yun lentdən gedir. Bu, 267-ci Papanın pontifikatının rəsmi başlanğıcını qeyd edəcək qədim ritualdır.
“Kardinal Dikon Dominik Mamberti Papa Leonun çiyninə pastor missiyasının simvolu olan ağ yun pallium qoydu”, – deyə kanalın nəşri qeyd edib.
Pallium Romadakı Santa Cecilia Bazilikasından olan rahibələr tərəfindən toxunmuşdur.
Telekanalın izah etdiyi kimi, “balıqçı üzüyü” əvvəllər papalıq sənədləri üçün möhür kimi istifadə olunurdusa, indi o, “pontifikin ölümündən sonra qırılan, məhv edilən və ya ləğv edilən” simvoldur.
DOĞRU.AZ