image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-1backend

Parisdə Qarabağa həsr olunmuş tədbir keçirilib

image-728x90px

Fransanın paytaxtı Paris şəhərində Qarabağa həsr olunmuş tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Parisdə Şuşa ili çərçivəsində Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) və “Art Council Azerbaijan”ın təşkilatçılığı ilə azərbaycanlı uşaqların əl işlərindən ibarət “Qəlbim Qarabağdır” adlı rəsm sərgisi və beynəlxalq müsabiqələr laureatı, azərbaycanlı pianoçu Səidə Tağızadənin ifasında konsert keçirilib.

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, ADA-nın prezidenti, Fransa parlamentinin fəxri üzvü Jerom Lamber, Türkiyənin Fransadakı səfiri Ali Onaner, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən, fransalı jurnalistlər, iş adamları, musiqi həvəskarları və digər şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev bugünkü tədbirdə səslənən musiqimizin, uşaqlarımızın sərgilənən əl işlərinin sülhə çağırış olduğunu bildirib. Müharibənin keçmişdə qaldığını xüsusi qeyd edən səfir bildirib ki, bu günün ən vacib məsələsi iki xalq arasında sülhün bərpa olmasıdır. Onun sözlərinə görə, sülhün bərpasında fransız xalqının da iştirakı əhəmiyyətilidir

ADA-nın prezidenti, Fransa parlamentinin fəxri üzvü Jerom Lamber çıxışında Fransada fəaliyyət göstərən ermənipərəst ekstremist qrupun fəaliyyətinə toxunaraq, Azərbaycanın Fransadakı səfirliyinə hücumu bir daha pisləyib, belə əməllərin sülhə aparan yolda maneə olduğunu qonaqların diqqətinə çatdırıb.

Fransanın Azərbaycanda ilk səfiri Jan Perən Azərbaycanın gələcəyinə hər zaman inandığını bildirib. O bundan sonra da ölkəmizin parlaq gələcəyi olduğuna, regionda sülhün və əmin-amanlığın yaranacağına əmin olduğunu vurğulayıb. Sonra tədbir iştirakçılarına “Qəlbim Qarabağdadır” adlı sərgi çərçivəsində layihənin rəhbəri Sona Quliyeva tərəfindən 8-15 yaşlı uşaqların Şuşa şəhəri və Qarabağla bağlı 19 rəsm əsəri təqdim edilib.
Azyaşlı rəssamların əl işlərində Qarabağın füsunkar təbiəti, mədəni irsi, abidələri təsvir edilib. “Qəlbim Qarabağdır” adlı rəsm sərgisi bundan qabaq Almaniya, Avstriya, Belçika və Macarıstanda da nümayiş olunub.
Konsertdə məşhur pianoçu, beynəlxalq müsabiqələrin laureatı Səidə Tağızadə Azərbaycanın klassik bəstəkarları Qara Qarayev və Fikrət Əmirovun əsərlərini, həmçinin Ramin Quliyevin Azərbaycan uğrunda həlak olan əsgərlərin xatirəsinə bəsdələdiyi ballada, Pikə Axundovanın Salam Şuşa, Sevda Məmmədlinin Laçından ballada və digər əsərləri ifa edib
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki