image-ads_n1karobka_mobile
image-1-pic_32ratio_1200x800-1200x800-71618backend

Parisin ətraf qəsəbələrində güclü yanğın baş verib

Paris ətrafında yerləşən Fransanın Bobinni kommunasında anbarlarda güclü yanğın baş verib.

Bu barədə “20 minutes” qəzeti yazır.

Nəşrin məlumatına görə, yanğının söndürülməsinə 200 yanğınsöndürən cəlb olunub. Bir neçə saat sonra yanğının qarşısı alınıb.

Aydınlaşdırılır ki, Sen-Sen-Deni prefekturası ehtiyat tədbiri olaraq sakinləri pəncərələri bağlamağa çağırıb.

Actu.fr portalının məlumatına görə, yanğın o qədər böyük olub ki, ondan çıxan tüstü Parisdə görünüb.

Mənbə: Haber global


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki