Bakıda parklanmaya qanunsuz nəzarət edən şəxslə sürücü arasında olan mübahisə avtomobildəki kameraya düşüb.
Doğru.az avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə hadisə ilə üzləşəm sürücü redaksiyamızın qaynar xəttinə müraciət ünvanlayıb.
O bildirir ki, həftənin bazar günü paytaxtın İstiqlaliyyət küçəsində parklanma edən zaman bir nəfər yaxınlaşaraq həmin əraziyə nəzarət etdiyini bildirib və ondan pul tələb edib.
Bundan sonra onlar arasında mübahisə düşüb: “Həmin şəxs pul tələb edən zaman mən ona ödəniş ötməyəcəyimi bildirdim. Bundan sonra o özünü qeyri-adekvat apararaq mənə əl-qol atmağa başladı.
Avtomobilin qapısını açaraq başının bir hissəsinin plastik olduğunu bildirərək mənə hədə-qorxu gəlməyə başladı” – deyərək sürücü bildirib.
Sözügedən videonu təqdim edirik:
DOĞRU.AZ