Avropa Siyasi Birliyinin VIII Sammiti 2026-cı ilin yazında Ermənistanda keçiriləcək.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Avropa Siyasi Birliyinin liderlərini ölkəmizdə qəbul etmək mənim üçün böyük şərəfdir və bu qərarı dəstəklədiklərinə görə bütün liderlərə təşəkkür edirəm”, o, Telegram kanalında yazıb.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan etmişdi ki, İrəvan ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı Brüssellə danışıqlar aparmır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Moskva Ermənistanın KTMT-də fəal iştirakında maraqlıdır.
DOĞRU.AZ