image-2000x150px
image-123
image-ads_atlas
image-session-of-eurasian-intergovernmental-council-in-kazanbackend

Paşinyan: “Biz hər an qoşunları geri çəkməyə hazırıq”

image-728x90px

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan sərhədində eskalasiyanı azaltmaq təklifi İrəvan üçün məqbuldur.

Bu barədə, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan “Mülki Müqavilə” Partiyasının fəalları ilə görüşündə bəyan edib.

O, həmsədrlərin sərhəddəki gərginliyi azaltmaq, silahlı qüvvələri geri çəkmək, delimitasiya və demarkasiya ilə bağlı danışıqlara başlamaq üçün təcili addımların atılmasına çağırdığını xatırladıb.

“Həmsədrlərin təklifində göstərilən addımların məntiqi bizim üçün əsaslı şəkildə məqbuldur. Ermənistan hökuməti qətiyyətlə bu yolu tutur və biz hər an qoşunları geri çəkməyə hazırıq. Bunu eyni zamanda etmək üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakı ilə razılaşmasını gözləyirik”, – deyə o, bəyan edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki