image-n1karobka_ads
image-123
image-685fa462ae5ac904a6296338backend

Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edib

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin yeni rəhbəri vəzifəsini icra edən – Andranik Manukyanı təyin edib.

TASS-ın Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Manukyan bu vəzifəyə xidmətin rəhbəri Armen Abazyanın istefasından sonra başlayıb. Yerli media onun qərarını Abazyanın biznesmen Samvel Karapetyanı saxlamaqdan imtina etməsi ilə əlaqələndirib.

İyunun 27-də Milli Təhlükəsizlik Xidmətinin maskalı xüsusi təyinatlıları erməni kilsəsinin rəhbərinin iqamətgahına daxil olub . Təhlükəsizlik qüvvələri ilə keşişlər arasında əlbəyaxa dava olub . Arxiyepiskop Mikael Ajapaxyan hüquq-mühafizə orqanlarının əməkdaşlarının qarşısına çıxıb və onlarla getməyə hazır olduğunu bildirib. Arxiyepiskopun yanında izdihamı sakitləşdirməyə çalışan katolikos II Qaregin olub.

İyunun 18-də Ermənistanda məhkəmə iş adamı Samvel Karapetyanı iki aylıq həbs edib . İş adamı baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsinə qarşı sərt bəyanatları fonunda onun müdafiəsi üçün çıxış etdikdən sonra hakimiyyəti ələ keçirməyə çağırmaqda ittiham edilib.

Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan RT-yə müsahibəsində qeyd edib ki, Karapetyanın ölkə hakimiyyəti tərəfindən təqib edilməsi onun müstəqil dövlət və BMT üzvü kimi imicinə böyük zərbə vurur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki