Ermənistanın baş naziri Nikol Paşinyan kilsəyə qarşı yönəlmiş hərəkata şəxsən rəhbərlik edəcəyini açıq şəkildə bəyan edib.
Doğru.az xəbər verir ki, o, bu barədə sosial media hesablarında paylaşım edərək bildirib: Eçmiədzinin Ana Tacını guya “anti-xristian, azğın, anti-milli və dövlət əleyhinə qrup” ələ keçirib.
Paşinyanın bu açıqlaması ölkədə narazılıqlara səbəb olub. Belə ki, bir müddət əvvəl minlərlə insan İrəvanın küçələrinə çıxaraq iş adamı Samvel Karapetyana dəstək aksiyası keçirib.
Xeyriyyəçi Karapetyan hakimiyyətin təzyiqlərinə baxmayaraq, erməni kilsəsini müdafiə etdiyini bəyan etdikdən sonra həbs edilib. İyulun 4-də Apellyasiya Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.
DOĞRU.AZ