image-n1karobka_ads
image-123
image-6968d2c2ae5ac96b345c8e0abackend

Paşinyandan dəmir yolu AÇIQLAMASI

image-ad_qayo_720x110px

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla dəmir yolu əlaqələrinin bərpası məsələsinə münasibət bildirib.

Doğru.az xəbər verir ki, Paşinyan bu mövzunun Rusiya ilə müzakirə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, məsələ həm Rusiya Prezidenti Vladimir Putin, həm də iki ölkənin baş nazirlərinin müavinləri səviyyəsində gündəmə gətirilib.

“Bəli, bu məsələ müzakirə edildi. Mən bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə də müzakirə etdim və Ermənistanın Baş nazirinin müavini də bu mövzunu Rusiya Baş nazirinin müavini ilə müzakirə etmək imkanı əldə etdi. Biz Rusiya Federasiyasından olan tərəfdaşlarımızın reaksiyasını gözləyirik”, – deyə Paşinyan bildirib.

Məlumata görə, hazırda rəsmi İrəvan bu məsələ ilə bağlı Moskvanın mövqeyini və qərarını gözləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki