image-n1karobka_ads
image-123
image-dyp-den-suruculere-xeberdarliq-bolgelerdebackend

Paytaxtda şaxta gözlənilir: sürücülərə XƏBƏRDARLIQ

image-add-a-heading

Paytaxtda gecə saatlarında havanın şaxtalı olacağı proqnozlaşdırılır.

Doğru.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Məlumatda qeyd olunub ki, bəzi yollarda buzlanma və sürüşmə ehtimalı artacaq. Bu səbəbdən sürücülərdən sürət həddinə əməl etmələri, kəskin manevrlərdən çəkinmələri və ehtiyatlı olmaları xahiş olunur. Nasazlıq yarandığı halda avtomobilin dərhal yolun kənarına çəkilməsi tövsiyə edilir.

Təhlükəli vəziyyət yarandığı təqdirdə bir sıra küçə və prospektlərdə sürət həddinin endiriləcəyi bildirilib. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol hərəkəti iştirakçılarının mütəmadi məlumatlandırılmasını təmin edəcək.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki