image-2000x150px
image-123
image-ads_atlas
image-98c0a074-70e5-3864-9384-90d7ee5fa090_850backend

“Pelosi kürsüsü haqqında düşünür və buna görə ermənilərin ayağına düşüb” – RƏY

image-728x90px

“Artıq 85 yaşı olan ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi hələ də Konqresdə kürsüsünü qoruyub saxlamaq haqqında düşünür və buna görə ermənilərin ayağına düşüb”.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“Bu bir həqiqətdir ki, ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri ənənəvi ermənipərəst mövqeyi ilə seçilib. Elə onun Ermənistana səfərində bütün diplomatik çərçivələri aşan iddiaları bir daha bunu göstərir”, – V.İskəndərov vurğulayıb.

Deputat qeyd edib ki, ABŞ-dakı erməni lobbisindən qidalanan bəlli qüvvələr son vaxtlar yenidən aktivləşiblər: “Bunun da səbəbi okeanın o tayında gözlənilən növbəti seçkilərlə bağlıdır. Şübhəsiz ki, uzun zaman ABŞ-dakı ermənipərəst qüvvələrin sözşüsü kimi tanınan Nensi Pelosi də öz aktivliyini bir qədər də artırıb”.

Onun sözlərinə görə, N.Pelosinin Ermənistana son səfəri və səfər zamanı səsləndirdiyi əsassız fikirlər də ABŞ-dakı ermənilərdən növbəti səs dilənməsinin başlanğıcı kimi qiymətləndirilə bilər: “Nensi Pelosinin Ermənistana səfəri seçkiqabağı dövrdə erməni lobbisinin dəstəyini qazanmaq məqsədi daşıyır. Artıq 85 yaşı olan Pelosi hələ də Konqresdə kürsüsünü qoruyub saxlamaq haqqında düşünür və buna görə də ermənilərin ayağına düşüb”.

V.İskəndərov bildirib ki, əsasən separatçılığı dəstəkləməklə də ad çıxaran xanım siyasətçinin Tayvanda eyni mövqe sərgilədiyini bütün dünya görüb.

Onun sözlərinə görə, əslində, N.Pelosinin etdikləri səlibçi təfəkkürün nümunəsidir: “Onun timsah göz yaşları isə bəsit auditoriyaya hesablanmış oyundur. Əgər Ermənistanın ərazi bütövlüyünə belə təəssüf göstərən Nensi Pelosi bu qədər ədalətlidirsə, onda 30 illik Ermənistan işğalçılığı dövründə niyə səsini çıxartmadı? Niyə həmin illərdə bircə dəfə də olsun Azərbaycana səfər etmədi? Bizim üçün bu sualların cavabı bəllidir”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki