image-ads_n1karobka_mobile
image-2022-09-18t142422z_1212039014_rc2qjw9m8ngs_rtrmadp_3_azerbaijan-armenia-pelosi-pic_32ratio_900x600-900x600-36809backend

Pelosi Makkartinin istefasından sonra vəzifəsindən qovulub

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Kevin Makkartinin istefasından sonra ofisindən qovulub.

Bu barədə “Politico” məlumat yayıb.

Nəşr qeyd edib ki, spiker səlahiyyətlərini icra edən Patrick McHenry Pelosiyə e-poçt vasitəsilə Kapitoliyadakı ofisini tərk etməli olduğu barədə məlumat verib.

Nəşr vurğulayır ki, binalar spikerin ofisinin istifadəsinə veriləcək; yalnız Nümayəndələr Palatasının bəzi üzvlərinin Kapitoliyada bu tipli əlavə otaqları var; ənənəvi olaraq qanunvericilər binanın Senat qanadındakı ofislərdən istifadə edirlər.

Bundan əvvəl məlum olub ki, Respublikaçı, Şimali Karolina ştatının nümayəndəsi Patrik MakHenri ABŞ Nümayəndələr Palatasının müvəqqəti spikeri təyin edilib.

Mənbə: A Haber


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki