Ağ Evin rəhbəri postuna namizədliyini açıqlayan ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens Vaşinqtonun Kiyevə yardımını dəstəklədiyini bildirib.
O, bu barədə CNN telekanalında bildirib.
“Mən bilirəm ki, bu debatda bəziləri Ukraynadakı müharibəni ərazi mübahisəsi adlandırıblar. Bu səhvdir. Mən inanıram ki, ABŞ Ukraynadakı cəsur əsgərləri ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan resurslarla təmin etməyə davam etməlidir”, – Pens bildirib.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd keçmiş prezident Donald Trampı Rusiya prezidenti Vladimir Putini təriflədiyinə görə də tənqid edib. Pens Putinlə danışdığını, “onun gözünün içinə baxdığını və eşitmək istəmədiyi şeylər söylədi” dedi.
Trampın Ukraynadakı vəziyyətlə bağlı açıqlamalarını tənqid edən Pens həmçinin qeyd edib ki, o, “Ukraynadakı müharibədə kimin qalib gələcəyini bilir”. O, əlavə edib ki, Ukraynadakı münaqişə “bizim müharibəmiz deyil”, lakin ABŞ “Ukrayna xalqına döyüşmək və ərazilərini müdafiə etmək imkanı verməlidir”.
DOĞRU.AZ

























