Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya və KXDR liderləri Vladimir Putin və Kim Çen In arasında keçiriləcək danışıqlarda müxtəlif sahələrdə, o cümlədən həssas sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bu barədə TASS məlumat yayıb.
Peskov qeyd edib ki, əsas diqqət ikitərəfli münasibətlər, ticarət-iqtisadi əlaqələr, mədəni mübadilələr, eləcə də regiondakı vəziyyət və ümumilikdə beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. O, həmçinin Pxenyanda “İsgəndər” ansamblının uğurlu çıxışını qeyd edərək, mədəni mübadilələrin davam etdiriləcəyinə ümid etdiyini bildirib.
Əməkdaşlığın həssas sahələrinə gəlincə, Kreml nümayəndəsi vurğulayıb ki, qonşu dövlətlər təbii olaraq ictimai müzakirə obyektinə çevrilməməli olan sahələrdə əməkdaşlıq edirlər.
Mənbə: TASS