İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Malayziyanın baş naziri Ənvər İbrahimlə telefonla danışarkən İsrail tərəfinin atəşkəs rejimini pozmayacağı təqdirdə atəşkəsə əməl etməyə hazır olduğunu bildirib.
TASS onun sözlərindən sitat gətirir: “Əgər sionist rejim atəşkəsi pozmasa, İran da onu pozmayacaq”.
“Reuters”in daha əvvəl xəbər verdiyi kimi, ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşkəsi pozduğunu bildirib.
Daha sonra İDF Tehrandan yeni raket buraxılışları barədə məlumat verib . İran atəşkəs elan edildikdən sonra öz ərazisindən İsrailə doğru atıldığı iddia edilən raketlə bağlı xəbərləri təkzib edib.
Tramp İran-İsrail münaqişəsindən danışarkən kobud ifadələr işlədib.
DOĞRU.AZ