İran prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə bildirib ki, İsrail ona sui-qəsd cəhdində bulunub, lakin uğursuz olublar.
Doğru.az xəbər verir ki, Pezeşkian suala belə cavab verib:
“Bəli, cəhd etdilər, buna uyğun hərəkət etdilər, lakin uğursuz oldular”.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın İranın ali dini lideri Ayətullah Əli Xameneinin ləğvi ilə bağlı “veto” qoyması haqda məlumatı təsdiqləməyib.
Eyni zamanda, “The New York Times” üç İran rəsmisinə istinadən yazıb ki, Xamneyi vəfat edəcəyi təqdirdə üç yüksək rütbəli din xadimini varislər olaraq göstərib.
DOĞRU.AZ