image-ads_n1karobka_mobile
image-687372f5ae5ac9488b2dc2a9backend

Pezeşkian iyun ayında İsrail hücumu zamanı ayağından zədə alıb

İran prezidenti Məsud Pezeşkian iyun ayında İsrailin endirdiyi zərbələr nəticəsində ayağından zədə alıb.

Doğru.az xəbər verir ki, Fars xəbər agentliyinin məlumatına görə, iyunun 16-da İsrail Müdafiə Qüvvələri (İDF) Tehranda zirzəmisində İranın yüksək rütbəli rəsmilərinin iclasının keçirildiyi binaya hücum edib.

Hadisə zamanı İran hökumətinin bir sıra rəsmiləri, o cümlədən Pezeşkian təxliyə edilərkən yüngül xəsarət alıb.

Məqalədə qeyd edilir ki, İsrail daha sonra binanın giriş-çıxışlarını 6 idarə olunan raketlə vurub.

Qeyd edək ki, bundan əvvəl Pezeşkian amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə İsrailin ona sui-qəsd edə bilmədiyini bildirmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki