Polşa Xarici İşlər Nazirliyi Belarus ərazisində olan vətəndaşlarını bu ölkəni tərk etməyə səsləyib.
Doğru.az xəbər verir ki, RMF24-ün yaydığı məlumata görə, qurumun bəyanatında qeyd olunub: “Xarici İşlər Nazirliyi Polşa vətəndaşlarına mövcud kommersiya və şəxsi vasitələrlə Belarusu tərk etməyi, həmçinin bu ölkəyə səfər etməməyi qətiyyətlə tövsiyə edir.”
Bundan əvvəl Belarus Xarici İşlər Nazirliyi polşalı casusun saxlanılmasına etiraz olaraq Polşanın müvəqqəti işlər vəkili Kşiştof Ojannı çağırmışdı.
DOĞRU.AZ