Polşa prezidenti Anjey Duda ölkədə nüvə silahının yerləşdirilməsi perspektivlərindən danışıb. Onun sözlərinə görə, hazırda hadisələrin belə inkişafını “heç nə proqnozlaşdırmır”.
Dudanın Krinitsa-Zdroj şəhərində keçirilən iqtisadi forumda dediyi sözlər TASS-a istinadən xəbər verir.
“Bizim nüvə silahımız yoxdur. Və nə vaxtsa olacağını bilmirəm. Hələlik heç nə bunu qabaqcadan göstərmir”, – deyə dövlət başçısı bildirib.
O qeyd edib ki, Varşavada bu tip silahların olmadığı bir şəraitdə NATO yeganə təhlükəsizlik zəmanətini təmsil edir. Duda ümid etdiyini bildirib ki, “nüvə silahı olan qonşu” tərəfindən təhlükə yaranarsa, Şimali Atlantika Alyansı bütün lazımi tədbirləri görəcək.
Mənbə: Lenta.ru