image-ads_n1karobka_mobile
image-2023-04-05t094512z_638113530_rc2980aftwf4_rtrmadp_3_ukraine-crisis-poland-zelenskiy-pic_32ratio_900x600-900x600-99185-1backend

Polşa prezidenti NATO sammitindən gözləntilərini bölüşüb

Polşa prezidenti Anjey Duda əmindir ki, NATO-nun Vilnüs sammitində Ukrayna-NATO Şurasının yaradılması ilə bağlı qərar veriləcək.

O, bu barədə Ukrayna mətbuatına, o cümlədən Espreso telekanalına müsahibəsində bildirib.

Duda qeyd edib ki, Ukrayna-NATO Komissiyasının Ukrayna-NATO Şurasına çevrilməsi qərarı “əslində məsələ artıq həll olunub”.

“Şura Ukraynanın NATO-nu lazım olan bir vəziyyətdə “səfərbər etmək” qabiliyyəti baxımından daha güclü struktur olacaq”, – o əlavə edib.

Duda həmçinin ümid edir ki, Vilnüsdə müttəfiqlər Buxarest sammitinin qərarından “irəli addım” atacaqlar. Eyni zamanda, Polşa lideri əmindir ki, NATO Ukraynanı rəsmən üzvlüyə dəvət etsəydi, daha yaxşı olardı. Lakin onun sözlərinə görə, bir çox müttəfiqlər “şübhələnirlər”.

Mənbə: Gazeta.ru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki