Polşa prezidenti Karol Nawrocki snus istifadəsini dayandırmağa çalışmadığını, lakin gələcəkdə bunu etməyi planlaşdırdığını açıqlayıb.
Doğru.az xəbər verir ki, o, bu barədə Zet Radio-ya müsahibəsində danışıb:
“Xeyr, mən nikotini atmağa çalışmıram. Tərk etməyə başlayanda bunu edəcəm, çünki çox güclü iradəm var… Nə vaxtsa buraxacağam”, – deyə Nawrocki bildirib.
Xatırladaq ki, Polşa prezidenti daha əvvəl BMT Baş Assambleyasının sessiyası zamanı snus istifadə etməkdə şübhəli bilinmişdi. Bundan əlavə, may ayında keçirilən televiziya debatında rəqibinin çıxışı zamanı da snusdan istifadə etdiyi iddia olunmuşdu.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə BMT Baş Assambleyasında yaşanan bu insidenti istehza ilə şərh edib.
DOĞRU.AZ